Teymur Kərimli: “Dilçilik İnstitutunun direktoru vəzifəsi ilə bağlı yaranmış vəziyyətə monitorinqdən sonra aydınlıq gətiriləcək”

Teymur Kərimli: “Dilçilik İnstitutunun direktoru vəzifəsi ilə bağlı yaranmış vəziyyətə monitorinqdən sonra aydınlıq gətiriləcək”
# 28 sentyabr 2015 15:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda institutun fəaliyyəti ilə bağlı monitorinqlərə başlanıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli APA-ya bildirib ki, AMEA-nın institutlarının fəaliyyəti ilə bağlı vaxtaşırı monitorinqlər aparılır: “Nəsimi adına Dilçilik İnstitutunda da aparılan monitorinq növbəti monitorinqlərdən sadəcə, biridir. Burada fövqəladə bir şey yoxdur”.

T. Kərimli Dilçilik İnstitutunun direktoru vəzifəsi ilə bağlı yaranmış vəziyyətin AMEA-nın Rəyasət Heyətinin qərarından asılı olduğunu qeyd edib: “Bu saat konkret bir söz demək çətindir. Bir az gözləmək lazımdır. Hər şey institutda aparılan monitorinqdən sonra bilinəcək”.

Qeyd edək ki, hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini həm Tofiq Hacıyev, həm də Möhsün Nağısoylu icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR