BMT nümayəndəsi: “Gənclər tərəfindən öhdəlik nümayiş etdirilməsə, davamlı inkişaf mümkün deyil”

BMT nümayəndəsi: “Gənclər tərəfindən öhdəlik nümayiş etdirilməsə, davamlı inkişaf mümkün deyil”
# 25 aprel 2016 08:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bizim məqsədlərimizdən biri də inklüziv cəmiyyətə çatmaqdır ki, bu da gənclər olmadan mümkün deyil”.

APA-nın məlumatına görə, bu sözləri BMT-nin sivilizasiyalararası alyans üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl Nasir BMT Svilizasiyalararası Alyansının Bakıda təşkil olunan 7-ci Qlobal Forumu çərçivəsində keçirilən gənclər tədbirində deyib. O bildirib ki, hər kəsin birlikdə yaşadığı cəmiyyət üçün, qruplaşmalara qarşı bir dünya üçün çalışmaq lazımdır: "İcma olaraq əmin olmalıyıq ki, dünyanı dəyişmək üçün gənclərə səlahiyyət verə bilirik. Gənclər tərəfindən öhdəlik nümayiş etdirilməsə, davamlı inkişaf mümkün deyil. Yeganə təcrübə mənbəyi bilikdir. Gənclər hər zaman irəliyə addım atmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR