Niderlandda iki qaldırıcı kran aşıb, 20 nəfər xəsarət alıb

Niderlandda iki qaldırıcı kran aşıb, 20 nəfər xəsarət alıb
# 03 avqust 2015 18:30 (UTC +04:00)

Bakı-APA. Niderlandın Alfen-an-den-Reyn şəhərində iki qaldırıcı kranın aşması nəticəsində 20 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, körpünün təmirinə cəlb edilən iki qaldırıcı kran su kanalının yaxınlığındakı yaşayış evləri və dükanların üzərinə düşüb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Dağıntıların altında insanların olduğu istisna edilmir.

Hadisənin başvermə səbəbləri hələ ki, bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR