Naftalanda əmək yarmarkası keçiriləcək

 Naftalanda əmək yarmarkası keçiriləcək
# 13 may 2015 13:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti iş axtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Naftalanda növbəti əmək yarmarkası keçirəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, yarmarka mayın 15-də baş tutacaq.

Məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təqdim ediləcək. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayında başlanılıb. Ötən dövrdə Bakının Nəsimi rayonunda və İsmayıllı, Yardımlı, Daşkəsən, Goranboy rayonlarında keçirilən əmək yarmarkalarında 395 nəfər şəxsə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR