Böyük Britaniyanın XİN rəhbəri Ukraynaya səfər edəcək

Böyük Britaniyanın XİN rəhbəri Ukraynaya səfər edəcək
# 04 mart 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Martın 5-də Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-in nümayəndəsi Yevgeni Perebeynis bildirib.

“Səfər çərçivəsində Filip Hammondun prezident Pyotr Poroşenko, həmçinin baş nazir, Ali Radanın sədri və Ukrayna xarici işlər naziri ilə görüşləri planlaşdırılıb”, deyə Y.Perebeynis qeyd edib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR