Azərbaycanın xarici işlər naziri Polşa səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Polşa səfirini qəbul edib
# 26 avqust 2014 15:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Mixal Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA – nın məlumatına görə, E. Məmmədyarov M. Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR