Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda Metanol Zavodunun inşasına kredit ayıracaq
24 avqust 2009 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 22-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası «Azerbaijan Methanol Company» MMC-yə (AzMeCo) 120 mln. ABŞ dolları həcmində maliyyə vəsaitinin ayrılması üzrə son müzakirələr keçirəcək.
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit layihəsi artıq struktur baxışdan keçib və yekun müzakirələrdən sonra razılaşdırılan həcmin ayrılması təsdiqlənəcək. Kreditin iki tranş şəkilində ayrılması planlaşdırılır. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 il müddətinə ayrılan və tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.
Ayrılan kredit illik gücü 561 min ton olacaq Metanol Zavodu, o cümlədən, karbon 4-oksid Ayırıcı Modulun alınması, quraşdırılması və istismarına sərf olunacaq. Eyni zamanda, AzMeCo gələcək layihə fazalarında karbamid (sidik cövhəri) və ammonyak istehsalını da təşkil etmək niyyətindədir.
Qeyd edək ki, layihənin ümumi dəyəri 300 mln. dollar təşkil edir.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024