Azərbaycanda ilk milli internet sosial şəbəkəsi açılıb

Azərbaycanda ilk milli internet sosial şəbəkəsi açılıb
# 06 yanvar 2010 07:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda «Yallı» adlı ilk milli internet sosial şəbəkə (www.yalli.az) real vaxt rejimində internet auditoriyanın istifadəsinə verilib.

«YUMROO» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, test rejimində işlədiyi vaxt (təxminən 2 ay) ərzində internet auditoriya bu şəbəkəyə böyük maraq göstərib: «Bu, Azərbaycan dilli istifadəçilərə yönəldilmiş sosial şəbəkədir. Burada yerli şirkətlərin müştəri xidmətlərinin nümayəndələri real vaxt rejimində istifadəçilərin suallarını cavablandıracaq. Həmçinin, şəbəkə istifadəçiləri 100 qədər foto şəkil və video faylı şəxsi səhifələrində yerləşdirə biləcəklər».

Eyni zamanda, bu şəbəkənin daha bir üstünlüyü e-pullar qazanmaq imkanının yaradılması ilə bağlıdır. Bunun üçün istifadəçilər bu resursda maraqlı fotoşəkillər, video yazılar yerləşdirməlidir. Qazanılan e-pulları istifadəçilər «eBay» elektron ticarət və digər şəbəkələrdə alış-veriş üçün istifadə edə bilərlər.

Bundan başqa, «Yallı»da istifadəçi bəyəndiyi digər istifadəçiyə elektron hədiyyələr göndərə biləcək.

Qeyd edək ki, yerli ekspertlərin sözlərinə əsasən, bu günə kimi Azərbaycanda ən populyar «Facebook» və «Odnoklassniki» sosial şəbəkələridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR