Bank Of Baku

Goranboyda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Goranboyda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb
# 24 yanvar 2022 13:00 (UTC +04:00)

Goranboy rayonunda 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, ötən gün saat 11:30 radələrində Naftalan-Goran avtomobil yolunun Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ərazisindən keçən 1-ci km-də rayon sakini, 1984-cü il təvəllüdlü Orucov İkram İbrahim oğlunun idarə etdiyi BMW markalı, 20-EM-319 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan həmyerlisi, 1982- ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlunun idarə etdiyi “VAZ 2109” markalı, 22-BF-937 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, eləcə də “VAZ 2109” markalı avtomobildə olan sərnişinlər - R.Əliyevin həyat yoldaşı 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, onun qızı 2013-cü il təvəllüdlü Əlizadə Cəmilə Rəsul qızı xəsarət almıb, 1963-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızı, 1968-ci il təvəllüdlü Yusifova Aybəniz Əli qızı və 1972-ci il təvəllüdü Əliyeva Dilarə Eldar qızı isə həyatlarını itiriblər.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR