Qiyas İbrahimov və Bayram Məmmədovun vəsatətləri təmin edilməyib

Qiyas İbrahimov və Bayram Məmmədovun vəsatətləri təmin edilməyib
# 20 may 2016 13:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xətai rayon Məhkəməsində Qiyas İbrahimovun və Bayram Məmmədovun barələrində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi barədə vəsatətə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR