Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək

Azərbaycan təmsilçisi  “Eurovision” finalının birinci hissəsində çıxış edəcək
# 11 may 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, ilk əvvəl finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların mayın 14-də finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.

Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" mahnısı ilə birinci hissədə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR