Azərbaycanda avtomobil istehsalı kəskin azalıb

Azərbaycanda avtomobil istehsalı kəskin azalıb
# 18 may 2016 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 64,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,5%, sair nəqliyyat vasitələrinin istehsalı 8,6% azalıb.

Belə ki, bu ilin may ayının 1-nə 117 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin dörd ayı ərzində ölkədə 73 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 5 ayı ilə müqayisədə 43,8% azdır. Nəticədə bu ilin mayın 1-nə 7 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin dörd ayı ərzində 42 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 4 ayı ilə müqayisədə 80,0%. Nəticədə bu ilin mayın 1-nə 7 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində 236 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 4 ayı ilə müqayisədə 20,0% azdır. Nəticədə bu ilin mayın 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR