Ağstafada bir gecədə iki mağaza yarılıb

Ağstafada bir gecədə iki mağaza yarılıb
# 06 may 2016 16:13 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunda oğurluq faktları qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, birinci hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Rayon sakini Azər Allahverdiyev səhər saatlarında magistral yolun kənarında yerləşən mağazasına gələndə qapının qıfılının sındırıldığını, mağazanın qarət olunduğunu görüb. A. Allahverdiyevin bildirdiyinə görə, oğrular 50 manata qədər qəpik pul və 500 manat dəyərində müxtəlif ərzaq malları aparıblar.

Digər oğurluq hadisəsi isə rayon sakini Famil Abbasovun mağazasından edilib.

Mağazaya kiçik pəncərədən daxil olan naməlum şəxs və ya şəxslər oradan 1000 manatlıq ərzaq, tütün və içkilər götürüblər.

Hər iki fakt üzrə Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR