Niderland nümayəndə heyətinin üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Niderland nümayəndə heyətinin üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
# 11 may 2016 10:33 (UTC +04:00)

Bakı – APA. Ölkəmizdə səfərdə olan Niderlandın iqtisadiyyat naziri Henk Kampın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, qonaqlar H. Əliyevin xatirəsini yad ediblər, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR