Nazir müavini: "Niderland indiyədək Azərbaycana 900 milyon dollarlıq investisiya yatırıb"

Nazir müavini: "Niderland indiyədək Azərbaycana 900 milyon dollarlıq investisiya yatırıb"
# 17 may 2016 08:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Son 3 ildə Niderland Krallığı Azərbaycana 300 mln. dollar həcmində investisiya yatırıb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Niderland Biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavininin sözlərinə görə, ümumilikdə, krallığın ölkəmizə yatırdığı investisiyaların həcmi 900 milyon dolları ötüb: "Niderland Krallığı Azərbaycanın qeyri-neft sektoruna investisiya edən 4-cü ən böyük ölkədir. Bu günə qədər hər iki ölkə arasında 180 milyon dollar həcmində müqavilələr imzalanıb. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollardır. Bu, iki ölkə arasında mövcud olan potensialı tam əks etdirmir. Bu kimi biznes forumların keçirilməsində əsas məqsəd Azərbaycan və Niderland arasında ortaq layihələrin təməlini qoymaqdır".

Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın 40-a yaxın şirkətinin nümayəndəsi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR