Müdafiə nazirinin müavini: “Şəhid ailələri daim diqqətdə saxlanılacaq”

Müdafiə nazirinin müavini: “Şəhid ailələri daim diqqətdə saxlanılacaq”
# 23 may 2016 09:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Aprel zəfərimiz orduda yüksək vətənpərvərlik tərbiyəsinin nəticəsi və döyüş ruhunun qələbəsidir. Ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi hər zaman əziz tutulacaq və şəhid ailələri daim diqqətdə saxlanılacaq”. APA-nın “Azərbaycan Ordusu” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev deyib.

Nazir müavini aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatlarının qarşısının alınmasında təmas xəttindəki hərbçilərimizin rolundan da danışıb. O qeyd edib ki, döyüşlərdə qazanılan qələbə xalqın böyük sevincinə səbəb olub: “Ordumuzun gücü onu göstərdi ki, Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR