Direktor müavini: "Sumqayıt Kimya Sənaye Parkı 10-a yaxın şirkətdən təklif alıb"

Direktor müavini: "Sumqayıt Kimya Sənaye Parkı 10-a yaxın şirkətdən təklif alıb"
# 29 aprel 2016 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sumqayıt Kimya Sənaye Parkı 10-a yaxın şirkətdən təklif alıb.

"APA-Economics" xəbər verir ki, bunu "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov bildirib.

"Bu təkliflər yalnız Sumqayıt Kimya Sənaye Parkı üçün deyil, ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün vacibdir. İlk növbədə əczaçılıq sahəsini qeyd etmək istəyirəm. Bilirsiniz ki, artıq İranın "Darou Pakhsh" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun şərtlərinə əsasən Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisəsi yaradılacaq. Bundan başqa, əczaçılıqla məşğul olan digər şirkətlər də Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir. Hazırda danışıqlar aparılır və biz ümid edirik ki, çox yaxın zamanda daha bir rezidentimizi qəbul edəcəyik. Eyni zamanda, aqrar sahə çox mühüm bir istiqamətdir. Biz müxtəlif çeşidli gübrələrin istehsalı ilə məşğul olan şirkətlərdən təkliflər almışıq. Hazırda təkliflər qiymətləndirilir", - deyə Z. Bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR