Kerri: “ABŞ Suriyada atəşkəsin monitorinqinə dair yeni sistemi Rusiya ilə razılaşdırmaq istəyir”

Kerri: “ABŞ Suriyada atəşkəsin monitorinqinə dair yeni sistemi Rusiya ilə razılaşdırmaq istəyir”
# 24 aprel 2016 05:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ABŞ yaxın günlərdə Rusiya ilə Suriyada atəşkəs rejiminin icrasının 24 saatlıq monitorinqinə dair yeni sistemi razılaşdırmaq niyyətindədir.

APA-nın məlumatına görə, Con Kerri bunu “New York Times” nəşrinə müsahibəsində bildirib.

“Biz hətta pozulmaz bir xətt çəkməyi təklif etdik və dedik: “Nə siz onu pozursunuz, nə də ki biz onu pozacağıq – belə olan halda oyun təmiz olacaq”, - deyə Kerri bildirərək, Rusiya tərəfinin hazırda bu təklifi nəzərdən keçirdiyini qeyd edib.

“Düşünürəm ki, gələn həftə ərzində bizə cavab veriləcək", - deyə o əlavə edib.

ABŞ-ın dövlət katibi qeyd edib ki, prezident Barak Obama aprelin 18-də Suriyanın Hələb şəhəri ətrafında hərbi qüvvələrin cəmləşməsi məsələsini rusiyalı həmkarı ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR