Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu təsdiqlənib

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu təsdiqlənib
# 17 may 2016 10:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandum müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, memoranduma əsasən, tərəflərin regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla, narkotik vasitələrinin qanunsuz yayılmasına, kibercinayətkarlıq və transmilli cinayətkarlığa qarşı mübarizə, mədəniyyət və tolerantlığın gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, sözügedən sənəddə Azərbaycanın maraqları tam əks olunub. O, Şanxay Əməkdaşlıq Təşkilatındakı güclərlə əməkdaşlığın vacib olduğunu bildirib: “Azərbaycan Asiyanın maraqlarını Avropada, Avropanın maraqlarını Asiyada təmsil etməyə qadirdir”.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR