Azərbaycan kubokunda yarımfinalın ilk görüşlərinin vaxtı dəqiqləşib

Azərbaycan kubokunda yarımfinalın ilk görüşlərinin vaxtı dəqiqləşib
# 25 aprel 2016 10:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşlərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, öncə meydana “İnter”lə “Qarabağ” çıxacaq.

Görüşün start fiti saat 16:00-da veriləcək. Bu oyundan 3 saat sonra isə “Neftçi” – “Qəbələ” qarşılaşması başlayacaq.

27 aprel (çərşənbə)

16:00. “İnter” – “Qarabağ”

“İnter Arena”

19:00. “Neftçi” – “Qəbələ”
8-ci km stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR