Azərbaycanda istehlak bazarı bir ildə 2%-dək artıb

Azərbaycanda istehlak bazarı bir ildə 2%-dək artıb
# 15 avqust 2016 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 20,8 mlrd. manat olmaqla 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 2,1% üstələyərək 19,9 mlrd. manata bərabər olub.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 309,6 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 33,7 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR