"Yapı Kredi Bank Azərbaycan" I rübü mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" I rübü mənfəətlə başa vurub
# 06 may 2016 07:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyənin ən böyük şirkətlər qrupu "Koç Holding" və Avropanın ən böyük bankçılıq qruplarından biri olan "Unicredit" bankının əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" 2016-cı ilin ilk rübünün nəticələrini elan edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, dalğalı iqtisadi şərtlərə baxmayaraq, bank ilk rübdə 1,6 mln. manata yaxın mənfəət əldə edib.

Bankın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib ki, ötən illərdə olduğu kimi, bu il də müştəriyönümlü fəaliyyət göstərərək innovativ məhsullar və sərhədsiz xidmətlərin təklif edilməsi düşünülüb: "Yeni POS-terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə verdiyimiz önəmi daha da artırmağı hədəfləyirik".

Avropanın 17 ölkəsində fəaliyyət göstərən qurumun parçası olan bank beynəlxalq təcrübəsini ölkəmizin şərtlərinə uyğunlaşdıraraq fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatını dəstəkləməyə davam edir. Belə ki, 2016-cı ilin ilk rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisə etdikdə 12% artaraq 419,2 mln. manat olub. Xalis əməliyyat mənfəəti və qeyri faiz gəlirləri 75%-lik artım göstərib. Belə uğurlu nəticənin sirri şübhəsiz ki, səhmdarlarının kifayət qədər beynəlxalq təcrübəyə malik olmalarından və düzgün strategiya “istehsal” etməyindədir.

C. Yüksel əlavə edib ki, bank ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədi ilə, real sektorun daim yanındadır. "Yapı Kredi Bank Azərbaycan" olaraq real sektora verdiyimiz kreditlərin ümumi kredit portfelində çəkisi 67% təşkil etməkdədir.

"Yapı Kredi Bank Azərbaycan" bu günə qədər 35 mln. manatdan artıq yatırım edib. Bu da, bankın öz sistemlərinə, müştəri məlumatlarının təhlükəsiz idarə edilməsinə verdiyi önəmin göstəricisidir. Onu da qeyd edək ki, bank 2015-ci ildə müştərilərinə göstərdiyi xidmət beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, İngiltərənin nüfuzlu "Global Banking and Finance Review" təşkilatı tərəfindən "2015-ci ilin "Ən Yaxşı Pərakəndə Bankı" və "2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu" mükafatlarına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR