Paşha Bank
Bank Of Baku

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb
# 29 aprel 2019 08:39 (UTC +04:00)

Goranboy rayonunda avtomobil maneələrə çırpılaraq qəza törədib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Qızılhacılı kəndi istiqamətində baş verib.

Təmir olunan yolda hərəkətdə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı sərt maneələrə çırpılıb. Qəza nəticəsində sürücü - 1971-ci il təvəllüdlü Kamran Vəlyəddin oğlu Uluxanov və 1986-cı il təvəllüdlü sərnişin Nuriyeva Gülyaz Arif qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR