Nazir: “Azərbaycan şirkətləri Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinin icrasında maraqlıdır” - FOTOSESSİYA

Nazir: “Azərbaycan şirkətləri Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinin icrasında maraqlıdır” - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2015 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Nazir bildirib ki, Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfəri, keçiriləcək görüşlər də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Qeyd edilib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur. Ş. Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun üçün İşçi Qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb. “Azərbaycan şirkətləri Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinin icrasında maraqlıdır. Bu baxımdan, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və s. tədbirlər təşkil edilə bilər”, - deyə Ş.Mustafayev vurğulayıb.

D. Saba ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. D. Saba Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. D. Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR