ABŞ-da daşqınlar nəticəsində 19 nəfər ölüb

ABŞ-da daşqınlar nəticəsində 19 nəfər ölüb
# 27 may 2015 23:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 13 nəfər itkin düşmüş hesab edilir.

Daşqınlar şiddətli yağan yağışlardan sonra ölkədə əmələ gəlib. Təbii fəlakət ərazisində yüzlərlə tikili dağılıb, 2 minədək insan evsiz qalıb.

Sinoptiklərin proqnozlarına əsasən, bölgədə güclü külək və leysan yağışlar azı iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR