Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb

Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb
# 22 sentyabr 2015 12:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün "Genişzolaqlı İnternetin vəziyyəti" adlı hesabata əsasən, hazırda 3,2 mlrd. insan internetə çıxış imkanına malikdir ki, bu da dünya əhalisinin 43%-ini təşkil edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən il bu göstərici 2,9 mlrd. nəfərə bərabər olub. İnkişaf etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız 35%-i üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə vəziyyət xüsusilə ağırdır. Belə ki, əhalinin 90%-dən çoxu internetə qoşulma imkanına malik deyil.

Qeyd edək ki, internetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkəmizdə əhalinin 61%-nin internetdən istifadə etməsi anlamına gəlir.

Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46%-i internetə çıxış imkanına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR