Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub

 Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 26 avqust 2015 12:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Yelmar Surxayzadə və Xəyal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Y. Surxayzadə 4 il, X. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 10-da iki naməlum şəxs Hüsniyyə Seyidəliyeva adlı qadının içərisində 5 manatı, açar və kosmetik əşyaları olan çantasını soyğunçuluq yolu ilə alıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yelmar Surxayzadə və Xəyal İsmayılov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR