Milli Məclisdə Azərbaycan mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib

Milli Məclisdə Azərbaycan mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib
# 22 iyul 2015 15:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Milli Məclisdə Azərbaycan mətbuatının 140 illik yubileyi münasibətilə parlamentdə akkreditə olunmuş bir qrup KİV nümayəndəsi ilə görüş keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov parlament rəhbərliyi adından mətbuat nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik edib. Komitə sədri iyulun 21-də prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi ilə əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü barədə söhbət açıb. O qeyd edib ki, bugünkü mətbuat ölkədə hüququ dövlətin möhkəmləndirilməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində, Azərbaycanın dünya birliyinə inteqrasiya etməsində, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.

Tədbirdə çıxış edən Milli Məclisin mətbuat katibi Akif Nəsirov parlamentlə KİV nümayəndələri arasında olan səmərəli əməkdaşlıq barədə danışıb.

Tədbirin sonunda Milli Məclisdə akkreditə olunmuş bir qrup KİV nümayəndələrinə və parlamentin mətbuat xidmətinin əməkdaşlarına mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR