Kürdəmirdə maşın yoldan çıxaraq aşıb, sərnişin ölüb

 Kürdəmirdə maşın yoldan çıxaraq aşıb, sərnişin ölüb
# 29 avqust 2014 06:52 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Bakı-Qazax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun 170-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, sərnişin, Zərdab rayon sakini 1966-cı il təvəllüdlü Osmanova İradə Sabir qızı aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR