Səfiri Anar İmanov Azərbaycanda ali təhsil almış vyetnamlı məzunlarla görüşüb

Səfiri Anar İmanov Azərbaycanda ali təhsil almış vyetnamlı məzunlarla görüşüb
# 10 noyabr 2015 12:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Ho Çi Minh şəhərində yaşayan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı səfir Azərbaycan tərəfinin vyetnamlı məzunlarla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və onları iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində fəal iştirak etməyə çağırıb. Səfir oktyabrın 10-da Hanoy şəhərində təsis edilən və üzvlərinin böyük əksəriyyəti məzunlardan ibarət olan Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Məzunlar Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiklərini deyiblər, ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər.

Görüşdə həmçinin məzunların ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində rolunun genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təklif və təşəbbüslər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR