Lavrov: “Türkiyə Suriya ilə sərhəddə beynəlxalq nəzarətin təşkilinə söz verib”

Lavrov: “Türkiyə Suriya ilə sərhəddə beynəlxalq nəzarətin təşkilinə söz verib”
# 15 avqust 2016 12:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Türkiyə söz verib ki, Suriya ilə sərhəddə yerləşən iki nəzarət-buraxılış məntəqəsində beynəlxalq nəzarətin təşkili məsələsinə baxacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank-Valter Ştanmayerlə görüşünün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

"BMT Təhlükəsizlik Şurası bizim təşəbbüsümüzlə 2165 saylı qətnaməni qəbul edib. Hansı ki, bu qətnamədə Suriyaya daşınan humanitar yüklərə nəzarət öz əksini tapıb. Türkiyə hökumətinin razılığı ilə bu qətnamədə qeyd olunub ki, həmin nəzarət-buraxılış məntəqələrində BMT nümayəndələri monitorinq həyata keçirməli idilər. Belə məntəqələrdən birində BMT nümayəndələri yerləşdirilib. Lakin ikinci nəzarət-buraxılış məntəqəsi hələ də açılmayıb", - deyə Rusiya XİN başçısı qeyd edib.

S. Lavrovun sözlərinə görə, bu mövzu Sankt-Peterburqda keçirilən Putin-Ərdoğan görüşündə də qaldırılıb: "Hesab edirəm ki, bu məsələ öz həllini tapacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR