Xaçmazda maşın velosipedi vurub, iki nəfər ağır xəsarət alıb

Xaçmazda maşın velosipedi vurub, iki nəfər ağır xəsarət alıb
# 31 avqust 2015 06:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, Susayqışlaq kəndi ərazisində velosiped avtomobillə vurulub. Hadisə nəticəsində velosipeddə olan Xudat şəhər Şollar kənd sakinləri Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 25 yaşlı Şaban Abdullayevə qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, 25 yaşlı Saleh Qəribova isə alının, burun yəhərinin, alt çənənin sıyrılma, əzilmə yaralanması diaqnozu qoyulub.


Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR