Paşha Bank
Bank Of Baku

Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs tutulub

Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs tutulub
# 10 iyun 2019 10:14 (UTC +04:00)

Mingəçevirdə elektrik naqillərinin oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın Mingəçevir bürosuna verilən məlumata görə, iyunun 9-da Mingəçevir şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə şəhər Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini  Bəhruz Səmədov olduğu müəyyən edilib. O,  şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə  gətirilib.

Faktla bağlı şəhər Polis şöbəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR