Azərbaycan XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça bilər”

Azərbaycan XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça bilər”
# 02 sentyabr 2014 15:45 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Almaniya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib, habelə Almaniya şirkətlərini sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə qeyri-neft sektorunda daha fəal rol oynamağa dəvət edib.

Regional sülh və təhlükəzilikdən danışan E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin regionun hərtərəfli inkişafı üçün başlıca maneə olduğunu diqqətə çatdırıb. O, münaqişənin həll olunmasının bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini deyərək qeyd edib ki, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir.

E. Məmmədyarov həmçinin ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində parlament diplomatiyasının xüsusi rola malik olduğunu vurğulayıb.

H. Şlayer isə Almaniya-Azərbaycan Forumunun fəaliyyəti haqqında məlumat verərək bu qurumun iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək məqsədi daşıdığını bildirib. O, Azərbaycanın dinamik inkişafının heyranlıq doğurduğunu, ölkəmizin regional sülh və sabitliyin təmin olunmasında oynadığı əhəmiyyətli rolunu vurğulayıb.

Bundestaqda Cənubi Qafqaz qrupunun rəhbəri olan K. Ştren isə Azərbaycana xüsusi rəğbət bəslədiyini deyərək, parlament üzvlərinin qarşılıqlı səfərlərinin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib və tərkibində Almaniyanın siyasi-iqtisadi dairələrinin təmsil olunduğu bu nümayəndə heyətinin səfərinin çox faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR