Goranboyda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunun Səmədabad kəndində 200 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.
Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.