Azərbaycan avtomobil idxalını 7 dəfə azaldıb
16 iyun 2016 18:13 (UTC +04:00)
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 233 ədəd avtomobil idxal olunub.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 13 262 ədəd avtomobil və ya 6,94 dəfə azalıb.
Ölkəyə gətirilən avtomobillərin 32 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 939 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 204 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 58 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Maliyyə
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:31
10 may 2024
Bu günə olan valyuta məzənnələri
09:15
10 may 2024
BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır
12:56
9 may 2024
Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının həcminin artım potensialı qiymətləndirilib
12:26
9 may 2024