Ədliyyə Nazirliyi KXCP-nin qurultayının sənədlərini təsdiqləyib

Ədliyyə Nazirliyi KXCP-nin qurultayının sənədlərini təsdiqləyib
# 31 avqust 2015 08:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayının nəticələrinin tanınması üçün müraciətinə cavab verib.

Bu barədə APA-ya KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən partiyanın qurultayının sənədləri araşdırılıb və tanınıb: “Nazirlik tərəfindən müvafiq çıxarış partiyaya təqdim olunub”.

Xatırladaq ki, KXCP-nin qurultayı bu il avqustun 1-də keçirilib. Mirmahmud Mirəlioğlu növbəti dəfə partiya sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR