Sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

Sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq
# 06 aprel 2015 07:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də sınaq imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.


İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.

Qeyd edək ki, aprelin 6-dan etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR