Gələn il Azərbaycanda 4 internat məktəbi təmir ediləcək

Gələn il Azərbaycanda 4 internat məktəbi təmir ediləcək
# 24 noyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son 2 ildə Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat məktəblərində maddi-texniki bazanın yenidən qurulması, tədrisin yaxşılaşdırılması, təchizat və qidalanmanın təşkilində bir çox yeniliklər edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanması nəzərdə tutulur.

İnternatlar üçün müasir avtobuslar alınaraq, uşaqların həmin nəqliyyat vasitələri ilə Bakı şəhərində, eləcə də bölgələrdə yerləşən tarixi abidə və muzeylərə ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur. Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb, yeməklər xəstəliyin tipinə uyğun menyular üzrə hazırlanır. Eləcə də internat məktəblərinin avadanlıq, geyim və digər resurslarla təchizatı sifarişlərə uyğun olaraq tam yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR