Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib - VİDEO

Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib - <span style="color: red;">VİDEO
# 21 may 2015 06:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün səhər 6:30 - 07:00 radələrində Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, sərnişin və maşinistlər dərhal evakuasiya olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

“Artıq araşdırma aparılıb. Məlum olub ki, elektrik qatarında yanğına siqaret səbəb olub. Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə elektrik qatarında yanğın söndürülüb. İndi yol açıqdır. Hazırda yanan qatar depoya gətirilir”, - deyə N. Əzməmmədov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR