Gəncə sakininin evindən 40 min manat pul oğurlanıb

Gəncə sakininin evindən 40 min manat pul oğurlanıb
# 19 noyabr 2014 14:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq edilib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Raya Hümbətova idarəyə müraciət edərək bildirib ki, noyabrın 15-də gecə evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin giriş qapısının kilidini sındıraraq evə daxil olub və oradan 2200 manat dəyərində qızıl-zinət əşyaları, 39 300 AZN və 300 ABŞ dolları aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR