Poroşenko 16 ukraynalı hərbçinin əsirlikdən azad edildiyini təsdiqləyib

Poroşenko 16 ukraynalı hərbçinin əsirlikdən azad edildiyini təsdiqləyib
# 07 aprel 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko 16 hərbçinin Donetsk vilayətində separatçıların əsirliyindən azad edildiyini təsdiqləyib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə P.Poroşenko özünün “Twitter” səhifəsində yazıb.

“İndicə 16 hərbçimiz əsirlikdən azad edildi. Onlar hazırda avtobusla Kramatorsk şəhərinə yollanırlar. Hər bir ukraynalı uğrunda mübarizə aparırıq” – dövlət başçısı qeyd edib.

Bundan əvvəl qondarma Donetsk xalq respublikasının rəsmiləri bildirmişdilər ki, onlar əsirlikdə olan son ukraynalı hərbçilərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR