BSU-nun tələbələri “APA Holding”in təlimində iştirak ediblər - FOTOSESSİYA

BSU-nun tələbələri “APA Holding”in təlimində iştirak ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 07 aprel 2015 14:07 (UTC +04:00)

Bakı – APA. Bakı Slavyan Universitetinin (BSU) tələbələri “APA Holding”in tələbələr üçün təşkil etdiyi təlimdə iştirak ediblər. APA-nın məlumatına görə, təlimdə universitetin jurnalistika fakültəsinin dekanı Səfər Məmmədov, “APA Holding”in PR şöbəsinin rəhbəri Fərahim Qasımov, holdinqin tərcümə redaksiyasının əməkdaşı Faiq Mahmudov və jurnalistika fakültəsində təhsil alan 20-ə yaxın tələbə iştirak edib.

APA Holding”in tanıtım filmini izləyən tələbələrə daha sonra Azərbaycanın media bazarına liderlik edən APA-nın fəaliyyəti barədə geniş məlumat verilib. Görüşdə iştirak edən tələbələr “APA Holdinq”ə daxil olan media şirkətlərinin xəbər siyasəti ilə də tanış olublar.

Tədbirdə çıxış edən Səfər Məmmədov rəhbərlik etdiyi fakültənin “APA Holding”lə əməkdaşlığının bundan sonra da davam edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR