Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn həftənin bazar ertəsindən Bakının Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar iyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.