Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir

Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir
# 08 noyabr 2015 00:27 (UTC +04:00)

Bakı-APA. “ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR