Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının qadınlar qolunun 3-ü iclası keçirilir - FOTOSESSİYA

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının qadınlar qolunun 3-ü iclası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 02 sentyabr 2015 08:49 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda quruma üzv olan dövlətlərin, Azərbaycanın dövlət və hökumət nümayəndələri və digər qonaqlar iştirak edir.


Tədbirdə İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib ki, bu iclaslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir. M.İbrahimqızı qeyd edib ki, uzun illərdir ki, YAP, Asiya siyasi partiyalarının aparıcı üzvlərindən biridir: “Asiyada 70-dən çox ölkə var. Bu 70 ölkəni 300-ə yaxın siyasi partiya təmsil edir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. 3-cü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. Bu qola Azərbaycan və Koreya həmsədrlik edir. Hazırda 16 ölkədən iclasda qonaqlar iştirak edir. Latın Amerikası və Afrika Siyasi təşkilatları da burada təmsil olunurlar”.

Daha sonra çıxış edən İCAPP Qadınlar qolunun həmsədri, Milli Assambleyanın üzvü Park İn-suk bugünkü iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. P.İn-suk bildirib ki, İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində mühüm işlər görüb.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova da son illər ərzində qadınların əldə etdiyi nailiyyətlərdən və bugünkü tədbirin əhəmiyyətindən danışıb.

O bildirib ki, İCAPP Qadınlar qolu hər zaman qadınların ictimai iştirakçılığının və dövlət orqanlarında təmsilçiliyinin artırılması istiqamətində ciddi işlər görüb. Mövcud münaqişələrin insanlar qarşısında çox ciddi məhrumiyyətlər yaratdığını bildirən B.Muradova Azərbaycanın da bu cür problemlərlə üz-üzə qaldığını bildirib.

B. Muradova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq Azərbaycan inkişafdan geri qalmayıb: “Hesab edirəm ki, münaqişələrlə üz-üzə qalan Asiya ölkələri də Azərbaycan nümunəsindən istifadə edə bilər. Münaqişə vəziyyətində olmasına baxmayaraq Azərbaycan sabitliyin, inkişafın, sosial rifahın təmin olunması, qadınların cəmiyyətin həyatında rolunun artırılması istiqamətində uğurlu nəticələr əldə edib”.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qloballaşan dünyada qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması mühüm məsələdir. Onun sözlərinə görə, qloballaşma şəraitində dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə eyni problemlərə rast gəlinir: “Miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkünlər, erkən nikah, zorakılıq və s. problemlər bütün ölkələri əhatə edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bunlardan 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlar idi. Lakin bu çətinliyə baxmayaraq qadınlar Azərbaycanda öz yerini tuta bildi. Hazırda qadınlar parlamentdə, dövlət qurumlarında, ölkənin ictimai həyatında aktiv iştirak edir və onların seçkili qurumlarda təmsilçiliyi daim artır. Eyni zamanda qadın məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı da xeyli artıb. Bu, Azərbaycan hökumətinin uğurlu qadın siyasətinin məntiqi nəticəsidir”.

Daha sonra tədbir plenar iclaslarla davam etdirilib. İclaslarda qadınların cəmiyyətdə, dövlətin strukturlarında bütün sahələrdə təmsilçiliyi iştirakı ilə bağlı müxtəlif məsələlər, qadın və təhsil, qadın və sağlamlıq, qadın və yoxsulluğun aradan qaldırılması və qadınların siyasi təmsilçiliyi əsas mövzular. Tədbir davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR