Sardar Cəlaloğlu: "Üç partiyanın yeni blok təsis etməsi istiqamətində danışıqlar aparırıq"

Sardar Cəlaloğlu: "Üç partiyanın yeni blok təsis etməsi istiqamətində danışıqlar aparırıq"
# 08 avqust 2015 08:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yeni blok təsis ediləcək.

Bu barədə APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.

S. Cəlaloğlu bildirib ki, ADP parlament seçkilərində “Qarabağ” blokunun tərkibində təmsil olunacağını açıqlasa da, hazırda 3 partiyanın iştirakı ilə yeni blokun təsis edilməsi istiqamətində danışıqlar aparılır: “Hələlik bu barədə danışmaq tezdir. Blokun adı, tərkibi və yekun qərarımızı yaxın vaxtlarda açıqlayacağıq”.

S. Cəlaloğlu danışıqların hansı partiyalarla aparıldığını isə deməyib.

O, parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR