Ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib

Ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib
# 28 aprel 2015 16:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, 2014-cü il noyabrın 22-də saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.

Qeyd edək ki, kompensasiya poçt vasitəsi ilə aprelin 28-də köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR