Lənkəran sərhəd dəstəsində yeni inşa olunmuş sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib

Lənkəran sərhəd dəstəsində yeni inşa olunmuş sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib
# 05 avqust 2014 08:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Baxçalar” sərhəd komendantlığı və “Baxçalar” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.

1347,2 kvadrat metr sahədə inşa olunmuş, 10 ədəd əsas və köməkçi binalardan ibarət olan sərhəd komendantlığı və zastavası kompleksinə 2 ədəd 4 mənzilli yaşayış binası, komendantlığın inzibati binası, əsgər yataqxanası, təminat və yeraltı tərəvəz anbarları, xidməti it volyeri, xidməti atlar üçün tövlə, yay yeməkxanası, qazanxana və sanitar qovşağı daxildir. Bina və qurğularda müasir istilik sistemi quraşdırılmış, otaqlar və xidməti mənzillər mebel və avadanlıqlarla təchiz olunub.

Komendantlığın və sərhəd zastavasının açılış mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi, polkovnik Zaur Zeynalov, sərhəd komendantlığının şəxsi heyəti iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR