“Dremland” Qolf Klubunda 12 yerli təlimçi beynəlxalq sertifikat alıb

“Dremland” Qolf Klubunda 12  yerli təlimçi beynəlxalq sertifikat alıb
# 09 avqust 2016 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Dreamland” Qolf Klubu Azərbaycan üçün tam yeni idman olan qolfun inkişafına dəstək verməkdə davam edir.

“Azərsun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, artıq Azərbaycanda qolfun tanınması və inkişafı üçün çalışacaq 12 nəfər yerli, beynəlxalq sertifikat qazanmış qolf təlimçisi var. Belə ki, avqust ayında 12 nəfər SNAG (Qolfa Yeni) adlı 2 mərhələli beynəlxalq təlimi uğurla tamamlayaraq vəkalət verilmiş təlimçi sertifikatlarını qazanıblar.

Bu uğura əlaqədar “Dreamland” Qolf Klubunun müdiri Filip Cons bildirib ki, “Dremalnd” Qolf Klubunda əsas məqsədləri qolfa mümkün qədər çox insan cəlb etmək və onların bu oyuna yiyələnmələrinə köməklik göstərməkdir: “Qolfu oynamağı öyrənən hər kəs Bakıda yaradılan bu qolf sahəsindən həzz alacaq. Təlimçilər komandamızla birlikdə biz yenilikçi yay düşərgəmiz və məktəb proqramımızla ölkədə qolfu inkişaf etdirəcəyik”.

Qolf üzrə PGA baş mütəxəssisi Maykl Svini bildirib ki, son aylarda onlar 600 nəfər uşağa qolf təlimləri veriblər: “Məktəbin yenidən başlanması ilə bu rəqəmin daha da artacağına əminik. SNAG Qolf-la işləmək böyük təcrübədir. Komandamızın təlim keyfiyyətlərinin artması, beynəlxalq sertifikat əldə etməsi qolfun inkişafı üçün əsaslı uğurdur. SNAG Qolfun təklif etdiyi yeniliklər və konsepsiya Azərbaycanda qolfun inkişafı üçün vacibdir. SNAG Qolfun “gələcəyin ulduzları” adlı proqramımızın uğurla həyata keçməyində böyük köməkliyi oldu. Bu proqram vasitəsilə biz uşaqların oyunun əsaslarımı mükəmməl mənimsəmələrinə kömək oluruq. Biz yaxın gələcəkdə yerli təlimçilərimizin SNAG Qolfun 3 və 4-cü mərhələlərinin də keçəcəklərini səbirsizliklə gözləyirik. Bununla biz qolfun daha da inkişafına nail olacağıq”.

SNAG-in Avropa, Orta Şərq, Afrika və Hindistan üzrə inkişaf meneceri Den Killen təlimlə əlaqədar aşağıdakıları bildirib ki, Bakıda çox həvəsli olan 12 nəfər təlimçilərlə bir neçə gün keçirmək həqiqətən çox gözəl olub: “12 beynəlxalq səviyyəli təlimçi ilə inanıram ki, Azərbaycan qolf aləminə daxil olacaq və bu qolfçular nəsli yetişdirəcək”.

Ətraflı məlumat : Philip Jones GM Dreamland Qolf Klubu, Bakı

E-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR